DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Norveç matçını idarə edəcək hakimlərin adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, qarşılaşma İsraildən olan hakimlər briqadası tərəfindən idarə olunacaq. Oyunun baş hakimi Luran Lianidi. Ona bu işdə David Elyas Bitton və Nissan Davidi yardım edəcək. Dördüncü hakim funksiyasını Eytan Şmuelevitz yerinə yetirəcək.
Xatırladaq ki, sözügedən qarşılaşma oktyabrın 8-i, saat 20:00-da başlayacaq.