21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Finlandiya ilə qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, bu qarşılaşmanı idarə edəcək hakimlərin adına aydınlıq gəlib. Belə ki, millimizin oyunu danimarkalı hakimlər briqadasına həvalə olunub.
Görüşün baş hakimi Peter Kyaesqaard-Andersen olacaq. Ona Henrik Sonderbyu və Yakob Bille kömək edəcəklər. Qarşılaşmada dördüncü hakim funksiyasını isə Sandi Putros yerinə yetirəcək.
Qeyd edək ki, Finlandiya - Azərbaycan matçı oktyabrın 7-də Bakı vaxtı ilə saat 19:30-da baş tutacaq.