"Qarabağ" Premyer Liqanın VII turunda "Qəbələ"ylə matçdan sonra dünən klubun bazasında məşqə çıxıb.
Newsport.az-ın məlumatına görə, hazırlıqda milli komandalarda olan futbolçular iştirak etməyib.
Baş məşqçi Qurban Qurbanov məşqdən sonra komandaya iki günlük istirahət verib.
"Qarabağ" oktyabrın 6-da bir araya gələrək Premyer Liqanın VIII turunda qarşılacağı "Sumqayıt"la matçın hazırlıqlarına start verəcək.