Premyer Liqanın son turunda AZAL-la qarşılaşan (1:1) "Sumqayıt" 2 günlük istirahəti başa vurub.
Newsport.az-ın məlumatına görə, "kimyaçılar" bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da məşqə çıxıb. Hazırlığın ilkin mərhələsində daha çox fiziki hazırlığa üstünlük verən "Sumqayıt" daha sonra toplu çalışmalarla məşqi tamamlayıb.
Qeyd edək ki, Tərlan Əhmədli, Yusif Nəbiyev və Azər Salahlı U-21 millimizin heyətində olduğu üçün hazırlığa qatılmayıb.