DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimiz qrupda ikinci oyununu Norveçə qarşı doğma meydanda keçirəcək.
Newsport.az-ın məlumatına görə, Bakı Olimpiya stadionunda baş tutacaq qarşılaşma təkcə ölkəmizdə canlı yayımlanmayacaq. Belə ki, millimizin oyununu Rusiyanın "Matç! Futbol 2" kanalı da canlı yayımla tamaşaçılara nümayiş etdirəcək. Bundan oktyabrın 8-də baş oynanılacaq oyunun Norveçdə də canlı yayımlanması gözlənilir.
Ölkəmizdə isə bu oyunu CBC Sport kanalı birbaşa nümayiş etdirəcək.
Qeyd edək ki, oktyabrın 8-də keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.