Kamran Ağayev Azərbaycana qayıdır FOTO

Xəbər verdiyimiz kimi Portuqaliyanın "Boavişta" klubunun və millimizin üzvü Kamran Ağayev növbəti dəfə yığmaya dəvət alıb.

Newsport.az-ın məlumatına görə, təcrübəli qolkiper artıq ölkəmizə yola düşüb. Onunla yanaşı "Boavişta"nın digər futbolçusu Emin Mahmudov da Azərbaycana gələcək və yığmanın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Bakıda Norveç, oktyabrın 11-də isə Ostrava şəhərində Çexiya yığması ilə qarşılaşacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right