Rauf Əliyevdən milli açıqlamasaı: "Dəvət gözləyirdim"

Millimizin baş məşqçisi Robert Prosineçki uzun fasilədən sonra "İnter"in hücumçusu Rauf Əliyevə yığmaya dəvət edib.

Newsport.az-ın məlumatına görə "bankirlər"in forvardı sözügedən dəvəti dəyərləndirib.

O, xorvatiyalı çalışdırıcıdan dəvət gözlədiyini etiraf edib: "Məni milliyə dəvət etdiyinə görə yığmanın baş məşqçisi Robert Prosineçkiyə təşəkkürümü bildirirəm. Bilirdim ki, yaxşı çıxış edəcəyim halda millinin qapısı üzümə açıq olacaq. 7 ay zədəli olduqdan sonra, bu, mənim üçün çox çətin oldu. Buna baxmayaraq, öz üzərimdə çalışaraq, həmin çətin dönəmləri arxada qoydum. Çalışacam ki, mənə göstərilən etimadı doğruldum. Əslində, yaxşı oynadıqdan sonra, dəvət gözləyirdim. Sürpriz deyəndə ki, 18-19 yaşım yoxdu ki, belə düşünüm. Yığmada kifayət qədər oyun keçirmişəm və yetərincə təcrübəm var. Çalışacam ki, bundan sonra da ən yaxşısını edəm".

Qeyd edək ki, millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Bakıda Norveç, 3 gün sonra isə Ostrava şəhərində Çexiya yığması ilə qarşılaşacaq.

 

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right