Boyan Şaranov: "Qolda səhvim var idi"

Azərbaycan Premyer Liqasının 7-ci turunda “Qəbələ”yə 0:2 hesabı ilə uduzan “Qarabağ”ın qolkiperi Boyan Şaranov matçla bağlı fikirlərini açıqlayıb.

Newsport.az-ın məlumatına görəçərçivə qoruyucusu bunları deyib:

“Əvvəlcə “Qəbələ”ni təbrik edirəm. İlk hissədə çox pis oynadıq. Rəqib isə 2 erkən qol vurdu. İkinci hissədə özümüzə gəldik. Lakin qol vura bilmədik. “Fiorentina” məğlubiyyətindən sonra yorğun idik. Amma “Qəbələ”yə uduzmaq üçün yorğunluq səbəb deyil”.

Təcrübəli qapıçı “Qəbələ”nin vurduğu ilk qoldakı səhvini etiraf edib: “Əlbəttə ki, ilk qolda səhvim var idi. Daha yaxşı oynaya bilərdim”.

 

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right