"Neftçi"də ukraynalı məşqç RƏSMİ

"Neftçi” ukraynalı məşqçi Aleksandr Deriberinlə müqavilə bağlayıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis mövsümün sonuna qədər əsas komandanın məşqçisi vəzifəsində işləyəcək.

Aleksandr Deriberin 1967-ci il fevralın 25-də Maykop şəhərində anadan olub. Futbolçu karyerası ərzində "Drujba” Maykop (1985-1989, 1992-1993), "Spartak” Anapa (1990), "Ximik” Beloreçensk (1991) və "Etalon” (1991) klublarının şərəfini qoruyub. Ukraynanın "Nafkom” (2005-2007), "Zvezda” Kirovoqrad (2010-2011) və "Desna” (2011-2012) klublarında baş məşqçi vəzifəsini yerinə yetirib.
 
Köməkçi məşqçi kimi isə "Niva” (2004-2005) və Ukrayna U-17 milli komandasında (2004-2006, 2008-2010) işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right