Qara Qarayev: “Qəbələ”nin ikinci hissədə qol vəziyyəti olduğunu xatırlamıram”

“Qarabağ”ın futbolçusu Qara Qarayevin Newsport.az-a müsahibəsi:
- Bu məğlubiyyət necə təsir etdi?
- Təbii ki, bizim üçün heç də xoş olmadı. Bu oyuna yaxşı hazırlaşmışdıq. Bakıya xal və ya xallarla qayıtmaq istəyirdik. Amma alınmadı. Zəif komandaya qarşı oynamırdıq. “Qəbələ” son zamanlarda yüksəlişdədir. Məğlub olduq.Deyiləcək başqa bir şey yoxdur. Səhvlərimizi təhlil edib, növbəti oyunlara daha diqqətli hazırlaşmalıyıq. 
- “Fiorentina” məğlubiyyəti bugünkü matça təsir göstərdi?
- Sözsüz. Florensiyada 10 nəfərlə oynadıq. Nəticədə böyük güc sərf etməli olduq. Həmin yenilginin də müəyyən qədər təsiri oldu. 
- Erkən qollar buraxmağınız “Qəbələ”yə uduzmağınızda həlledici rol oynadı?
- Qısa intervalla ard-arda buraxdığımız qolların əvəzini qaytara bilmədik. Heç olmasa, qollardan birinin əvəzini tez çıxa bilsəydik, bəlkə də dönüş edə bilərdik. Çox çalışdıq. İkinci yarıda biz oynadıq. Heç “Qəbələ”nin ikinci hissədə qol vəziyyəti olduğunu xatırlamıram. Ancaq istənilən halda məğlub olduq. Bu ab-havadan çıxıb, yenidən qalib psixologiyasına yiyələnməliyik. 
- “Qarabağ”da ardıcıl uğursuz oyunlar millidəki çıxışınıza təsir göstərməyəcək?
- Sözsüz, bu məğlubiyyətlər bizə pis təsir edir. Çox sıx qrafiklə oyunlara çıxırıq. Ancaq çalışırıq ki, yığmadakı çıxışımıza bu məqamlar təsir göstərməsin. 
- Norveç və Çexiya matçlarından nə gözləyirsən?
- Bizi iki çətin qarşılaşma gözləyir. Əvvəlcə evdə skandinavlar qarşılaşacağıq. 3 gün sonra isə çexlərin qonağı olacağıq. Ağır oyunlar olacaq. Ancaq inanıram ki, bu cür kollektivlə hansısa uğura imza atmaq olar. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right