7-ci turun mərkəzi oyununun başlamasına dəqiqələr qalıb.
Newsport.az-ın məlumatına görə, saat 19.00-da Qəbələdə başlayacaq "Qəbələ" - "Qarabağ" oyununa qonaqlar itkiylə çıxacaq. Kapitan Rəşad Sadıqov zədələndiyi üçün görüşü buraxacaq. Əvəzində Bədavi Hüseynov sıraya dönəcək. O, müəyyən fasilədən sonra çempionat oyununa çıxacaq.
Qeyd edək ki, Rəşadın yoxluğunda kapitan sarğısını Riçard Almeyda qoluna taxacaq.