Dario Frederiko: "Komandamız oyuna yaxşı köklənməmişdi"

Azərbaycan Premyer Liqasının VII turunda "Neftçi" "Kəpəz"i 2-0 hesabı ilə məğlub edib.
Newsport.az-ın məlumatına görə,oyundan sonra "Kəpəz"in legioneri Dario Frederiko jurnalistlərin suallarını cavablandırıb: 
 
- Oyunun qırılma nöqtəsi ilk hissədə qaçırdığın qol imkanını sayırsanmı?
- Yox. Komandamız oyuna yaxşı köklənməmişdi. Bun görə tez qol buraxdı və özünə gələ bilmədi. Bunun nəticəsində də məğlub olduq.
 
- "Kəpəz"in son vaxtlar "Neftçi" ilə oyunları maraqlı, prinsipail alınır. Ancaq bu dəfə əksi oldu...
- Dediyiniz həqiqətdir. Bu gün də maraqlı oyun alınması üçün əlimizdən gələni etdik. Sadəcə, oyunumuz alınmadı.
 
- "Neftçi"yə sizdən və autsayder AZAL-dan başqa demək olar heç kim məğlub olmadı. Bu nəticəyə görə nə qədər məyussunuz?
- Premyer Liqada 8 komanda var. Rəqabət güclüdür. Səviyyəli komandalar çoxdur. Həmişə qələbə qazanmaq olmur. Bu gün bəxt "Neftçi" tərəfdə idi. Qol vurub, hesabda irəli keçdilər. Sonda daha bir dəfə fərqləndilər və qalib gəldilər. Buna görə "Neftçi"ni təbrik etmək istəyirəm. 
 
- Buraxdığınız ikinci qolu necə şərh edərdin?
- Bu, futbolda normal bir şeydir. Sadəcə, bütün komanda irəli atılmışdı ki, heç olmasa bərabərlik qolunu vuraq, matçdan 1 xalla ayrılaq. Hamı hücumda olanda rəqib təkbətək çıxır və qapıçı bu zaman qərar verməlidir ki, irəli çıxsın ya yox. O da hücumçunun üstünə çıxmağa qərar verdi və nəticədə qapımızda top gördük.
 
- Bunda qapıçınızın səhvi vardı?
- Yox. Sadəcə, bir qapıçı kimi belə qərar verdi. Biz əks-hücumda qol buraxdıq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right