"Baş hakim olmaq istəmirdim" - Әliyar Ağayev MÜSAHİBƏ

Avropa Liqasının qrup mәrhәlәsindә baş tutan "Roma" - "Astra" oyununa tәyinat alan FİFA dәrәcәli referimiz Әliyar Ağayev Newsport.az-a müsahibә verib.

- Gələcəkdə avrokubok oyunlarına təyinat gözlənilir?

- Əsas olaraq ona çalışırıq. Yeni təyinat xəbərini gözləyirik.

- Hakim-inspektor işinizdən razı qaldı?

- Hakim-inspektor işimizdən razı qaldı. Qiymət isə oyundan 2-3 gün sonra açıqlanır.

Çemponlar Liqasında oyun idarə etməyin mümkün olacaq?

- Oyun versələr, çalışarıq ki, etimadı doğruldaq.Çemponlar Liqasında oyun idarə etmək üçün I kateqoriyalı hakim olmalısan. Əsas odur ki, I kateqoriyaya yüksəlim.

- Özünə kumir seçdiyin referi var?

- Özündən razılıq kimi çıxmasın, mənim kumirim yoxdu. Hər hakimdən yaxşı cəhətlərinə baxıb öyrənirik.

- Avropa Liqasından sonra ölkə çempionatının oyununu idarə etmək çətin deyil?

- Baş hakim kimi bu oyunu idarə etmək istəmirdim. Xaqani Məmmədovla danışdım və ona yorğun olduğumu söylədim. Ona görə də bu gün köməkçi hakim oldum.

- Sənin üçün pik nöqtə haradır?

- Dünya çempionatının final mərhələsi fikrimcə, pik nöqtə olar. Bu, futbolçular üçün də belədir.

- “Roma” – “Astra” oyununda əfsanəvi futbolçu Françesko Tottiyə verdiyin sarı vərəqə sosial şəbəkələrdə geniş müzakirə edildi…

- Bu oyun epizodu idi (gülür).

- Avropa Liqasında qrupda idarəçilik edəndən sonra çempionatda köməkçi hakim olmaq nə dərəcədə çətindir?
- Oyun veriblər. Biz də çalışırıq ki, baş hakimə kömək edək. Baş hakim olmaq istəmirdim. Çünki bir az yorğunluq vardı. İtaliyadan qayıdandan sonra AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla bu haqda danışdım. Ona söylədim ki, baş hakimə kömək edə bilərəm.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right