Elxan Abdullayev: "Onların sözü ilə oturub-durmaq fikrim yoxdu"

Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində "Neftçi” öz meydanında "Kəpəz”i 1-0 hesabı ilə məğlub edib. Oyundan sonra "Neftçi”nin baş məşqçisi Elxan Abdullayev fikirlərini bildirib:
 
 
"Üç xal bizə çox vacib idi. Buna görə də çox sevinirəm. Komanda bu gün çox yaxşı oynadı. Düzdü, rəqibimiz yaxşı futbol sərgiləsə də, biz öz oyunumuzu göstərməyə çalışdıq. "Kəpəz”in heyətində Dario Frederiko yaxşı çıxış edirdi. Sonuncu dəqiqədə vurduğumuz qola daha çox sevindim. Növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq”.
 
- Çempionatdakı fasilə zamanı millinin düşərgəsində olacaqsınız. Bu, komandaya təsir etməycək? 
- Biz proqramla işləyirik. Mən bilirəm ki, qarşıda necə proqramım var. Fasilə bizim üçün yaxşıdı. Məncə, həmin fasilədə nəyisə düzəldə biləcəyik. 
 
- Azarkeşlər koimandanı 90 dəqiqə ərzində təhqir edirlər. Buna fikriniz necədi?
- Mən bu sözləri eşitmirdim. Elə bilirdim ki, azarkeşlər komandaya dəstək olurlar. Mənim fikrimcə, onları başa düşmək olar. 
 
- Azarkeşlər Araz Abdullayevin kapitan olmasından narazıdırlar. Qarşıdakı günlərdə komandanın kapitanını dəyişmək fikriniz yoxdu?
- Bir həftə bundan qabaq azarkeşlərlə görüşümüz olub. Kapitan dəyişməklə deyil ki...Azarkeşlərin sözü ilə oturub-durmaq fikrim yoxdu. Mən Arazın oyunundan çox razıyam. Ancaq bilmirəm ki, azarkeşlərlə Araz arasında nə baş verib.
 
- Mahir Şükürovun "Neftçi”dəki rolu nədən ibarətdi?
- Sadəcə, komandamızda məşq edir. Onun gənc futbolçularımıza xeyri dəyir.
 
- Mahir komandada "ağsaqqal” rolunu oynayırmı?
- Komandanın "ağsaqqal”ı mənəm. Sabah Mahir formasını bərpa etsə və başqa komandada oynamaq istəsə, ona icazə verəcəm. Təbii ki, qarşıdakı yoxlama oyunlarında ondan istifadə edəcəyəm




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right