Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində "Neftçi” öz meydanında "Kəpəz”i 1-0 hesabı ilə məğlub edib. Oyundan sonra "Kəpəz”in baş məşqçisi Şahin Diniyev fikirlərini bildirib:
"Gərgin oyun oldu. İlk hissədə qol vəziyyətlərini sağa-sola xərclədi. Bu gün bizim günümüz deyildi. Məğlubiyyətin ən böyük səbəbini özümüzdə axtarmalıyıq. Məncə, futbolçularım "Neftçi”ni dəyərləndirməyi bacarmadılar. "Neftçi”nin qələbə qazanması təsadüfi olmadı. Bu gün uşaq səhvlərindən qol buraxdıq və bu, bir neçə turdu davam edir”.
- Komandanızda ikinci qapıçıya ehtiyac yoxdu?
- Bir oyuna görə futbolçunu baltalamaq lazım deyil. Bir metrdən qapıya düşə bilmiriksə, Tadasın heç bir günahı yoxdu. Bu gün məğlubiyyəti onun üzərinə atmaq istəmirəm.
- Komandanın uğursuz olmasında səbəb nədi?
- Biz eyni vəziyyəti saxlmaq istəyirik. Düşünürəm ki, pis də oynamırıq.Məncə, oyuna köklənməkdə problemimiz var. İrəli baxmalıyıq. Daha çox qələbə arzulamalıyıq ki, xallar itirməyək. Bu məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirəm. Həyat davam edir və irəli baxmalıyıq. Fikrimcə, komandımız düz yoldadı.
- Tural Rzayevi komandada saxlamağa peşman deyilsiniz?
- Xeyr. Mən səhv etsəm də, peşman olmuram. Bu gün heyətimizdə gənc futbolçular var. Və zədəli futbolçularımız olması komandanın oyununa təsir edir. Tural gənc futbolçudu. Düzdü,neçə oyundu ki,meydana daxil edirəm, amma alınmır. Məncə futbolçuya şans vermək lazımdı.
- Yaxın günlərdə çempionatda fasilə yaranacaq.
- Normal sayırıq. İndiki zamanda istəməzdik ki, fasilə olsun. Bunu psixoloji cəhətdən deyirəm. İstəyərdim ki, bundan sonra bir oyun keçirək və bundan sonra fasilə olsun.
- Fasilədən necə istifadə edəcəksiniz?
- Ayın 16-na qədər fasilə edəcəyik. Fasilə ərzində 1 yoxlama oyunu keçirmək fikrindəyik.