Azərbaycan Premyer Liqasının VII turunda hazırda davam edən "Neftçi" - "Kəpəz" oyununda meydan sahibləri itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, Məqsəd İsayev zədələnib. Baş məşqçi Elxan Məmmədov İsayevi Kamal Qurbanovla əvəzləyib. Qeyd edək ki, hazırda "Neftçi" 1:0 hesabı ilə qalib gəlir.