“Mançester Yunayted”in sabiq futbolçusu “Qarabağ”ın bazasında FOTO

Tanınmış futbolçu Luis Saha bu gün "Qarabağ"ın bazasını ziyarət edib.
 
Newsport.az-ın məlumatına görə, Saha klubun icraçı direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanovla kiçik toplantı keçirib və Azərbaycan futbolu haqda fikir mübadiləsi aparıb. Görüşün sonunda futbolçuya "Qarabağ"ın "9" nömrəli forması hədiyyə olunub.
 
Luis Saha daha sonra komanda üzvləri ilə də bir araya gəlib. Komandaya və baş məşqçi Qurban Qurbanova uğurlar arzulayıb. O, "Qarabağ"ın Avropada layiq olduğu yerə gələcəyinə inandığını bildirib.
 

Xatırladaq ki, Luis Saha Fransa millisində 20 oyuna çıxıb, "Mançester Yunayted", "Tottenhem", "Latsio" kimi klubların şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right