"Qarabağ"ın 7 futbolçusu milli komandada

"Qarabağ"ın futbolçuları milli komandamıza dəvət olunub.

Newsport.az-ın məlumatına görə, milli komandamızın DÇ-2018-in seçmə mərhələsində Norveç və Çexiya milliləri ilə matçları üçün Ağdam təmsilçisinin 7 futbolçusu milliyə çağırılıb. Bunlar kapitan Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev və Namik Ələsgərovdur.

Adıçəkilən futbolçular oktyabrın 3-dən etibarən milli komandanın düşərgəsinə qoşulacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right