Portuqaliyanın "Boavişta" klubunda çıxış edən futbolçularımız - Emin Mahmudovla Kamran Ağayev Azərbaycan yığmasına dəvət olunub.
Newsport.az-ın məlumatına görə, bu barədə Portuqaliya klubunun saytı məlumat yayıb.
Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Norveçlə, ayın 11-də isə Çexiya ilə qarşılaşacaq. Kamranla Emin də məhz bu oyunlara dəvət olunublar.