Millimizdə 5 türkiyəli futbolçu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə 5 türkiyəli futbolçu cəlb edilib.
 

Newsport.az-ın məlumatına görə, bunlar Şahan Akyüz, Egehan Gök, Onur Taha Takır, Mutlu Aksu Doğan və  Muhammet Can Tuncerdi.
 
Türkiyə PTT 1-ci Liqasında mübarizə aparan "Altınordu"ya məxsus olan futbolçuların yığmamızda oynamasına klub prezidenti Seyit Mehmet Özkan da razılıq verib.
 
Xatırladaq ki, futbolçular millimizə oktyabrın 14-dən 21-dək Serbiyada keçiriləcək təlim-məşq toplanışı zamanı qoşulacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right