Fariz Nəcəfov: "Biz eniş yaşamırıq axı"

"Qələbə qazanmalı, uğurlu nəticə əldə etməli idik. Ancaq təəssüflər olsun ki, alınmadı. Gördüyünüz kimi, oyun maraqlı keçdi. Əlavə qol imkanlarımız olsa da, istifadə edə bilmədik”. 
Newsport.az-ın məlumatına görə, bu sözlər "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfova məxsusdu. 
 
Klub rəsmisi Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutan "Qəbələ" - "Maynts" oyunundan sonra əməkdaşımızın suallarını cavablandırıb: 

 
- Ümumiyyətlə, oyundan razı qaldınız? Müdafiədə kobud səhvlər var idi...
- İstənilən komandada səhvlər olur. Ümumilikdə oyundan, uşaqlardan çox razı qaldım. Gücümüz buna çatır. 
 
- Artıq qrupda ikinci məğlubiyyəti aldınız. Bununla da qrupdan çıxmaq şansınızın üstündən xətt çəkmək olar?
- Məncə, hələ şans var. 
 
- Bu məğlubiyyət komandanın ölkə çempionatındakı oyunlarına necə təsir edə bilər? Ötən il baş verən uğursuzluqlardan qorxmursunuz?
- Xeyr. Artıq bizim təcrübəmiz var. Əvvəlki səhvlərdən keçmişik və onları etməməyə çalışacağıq. Amma hər şey ola bilər. Fərqli turnirlərdi və növbəti oyunlara maksimum güclə hazırlaşmalıyıq. 
 
- Bu gün Uiks və Kvekveskirinin yoxluğunu hiss etdinizmi?
- Keçən oyunda da hiss etmişdik. Oyunçuların sayı məhduddu və hər bir futbolçunun olmaması hiss olunur. 
 
- Demək olarmı ki, "Qəbələ” bu gün oyunçu azlığının güdazına məğlub oldu?

- Bəli. Səbəblərdən biri də bu idi.  
 
- Almaniya və Azərbaycan çempionatlarında fərq çoxdur. Qrupdan çıxmaq üçün nə lazımdır?
- Səviyyə fərqi var. Reallığı qəbul etmək lazımdır. Büdcə fərqi çoxdur. Ölkəmizi və şəhərimizi layiqli şəkildə təmsil edirik. Əlimizdən gələni edirik
 
- Klub prezidenti Tale Heydərov nə deyir?
- Büdcəni açıqlamaq istəmirəm. "Maynts”ın büdcəsi bizimkindən 8 dəfə çoxdur. 1-2 transferlə güclənmərik. Səviyyə fərqi çoxdur.
 
- Roman Qriqorçukun adı başqa klubla hallananda "Qəbələ"nin oyununda eniş müşahidə olunur...
- Siz eniş nəyə deyirsiz? Biz eniş yaşamırıq axı. Güclü rəqiblərə uduzmuşuq. Qəbul etmək lazımdır ki, rəqib çox güclüdür. Desəm ki, məşqçi taktiki səhv etdi, yalan deyərəm. Amma bu futbolçularla maksimum budur.
 
- Bu il "Qəbələ” Premyer Liqada çempion ola bilər?
- Onu zaman göstərəcək. Bütün turnirlərə ciddi hazırlaşırıq. Əvvəlcədən proqnoz verməyi sevmirəm. Əlimizdən gələni edirik.
 
- Premyer Liqada qol buraxmayan Bezotosnı Avropa Liqasında 2 oyuna 8 qol buraxıb...
- Fərqli turnirlərdir. Müqayisə etmək düzgün deyil. Hər gün bunu danışırıq. Çempionatımızı inkişaf etdirməliyik.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right