"Yaxşı oyun oldu. Amma rəqib çox güclü idi”. Bu sözlər AFFA prezidenti Rövnəq Abdullayevə məxsusdu.
O, Avropa Liqasının qrupmərhələsinin ikinci turu çərçivəsində baş tutan "Qəbələ” – "Maynts” (2-3) oyunundan sonra fikirlərini jurnalistlərə açıqlamasında deyib: "Maynts” Bundesliqanın güclü komandalarından biridi. Pis oynamadıq. Düşünürəm ki, qələbə qazana bilərdik.
Abdullayev UEFA prezidenti Aleksandr Ceferinlə birgə oyunu izləyib. Abdullayev bildirib ki, eferin komandamızın oyununu bəyənib: "Normal dəyərləndirdi. Hər şeyin yaxşı olduğunu dedi. Başqa nə deyə bilər ki?”
Abdullayev qeyd edib ki, "Qəbələ” təcrübəsinə görə "Maynts”a uduzub: "Təcrübə, güc çatmadı. Rəqib çox güclü idi. Bu gün "Qarabağ”ın da oyunu var.Onlardan qələbə gözləyirəm”.