"Bunu əvvəlcədən planlaşdırmışdıq" - "Sumqayıt"ın məşqçisi

Azərbaycan Premyer Liqasının 6-cı turunun son oyununda səfərdə “Neftçi”ni məğlub edən “Sumqayıt”ın məşqçisi Seymur Rəhimov oyunsonrası mətbuat konfransında jurnalitslərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, Samir Abasov cəzalı olduğundan mətbuat konfransında onu əvəz edən Rəhimov matçla bağlı bunları deyib:

- Gərgin oyun keçdi. 3 xal həm “Neftçi”yə, həm də bizə lazım idi. Şükür ki, biz qazandıq. Hər oyuna qələbə üçün çıxırıq. Tapşırılar düzgün yerinə yetiriləndə, nəticə də yaxşı olur. 

- Rail Məlikovun oyunundan razı qaldız?
- Məlikov təcrübəli futbolçudu. Bu gün bir az zədəsi də var idi. Buna görə erkən əvəzləməli oldum.

- Əvəzetmələri telefonla Samir Abasov edirdi.Bunu əvvəlcədən planlaşdırmışdız?
- Bəli, bunu əvvəlcədən planlaşdırmışdıq,Samir müəllim komandanın baş məşqçisidi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right