İsgəndər Cavadov üçün təntənəli yubiley

Azərbaycan futbolunun ən tanınmış nümayəndələrindən olan İsgəndər Cavadovun 60 illik yubileyi qeyd olunacaq.
Newsport.az-ın məlumatına görə, bu təşəbbüslə AFFA çıxış edib.
 
Əldə etdiyimiz məlumata görə, yubiley təntənəli olacaq. Belə ki, İcraiyyə Komitəsinin üzvünün şad günü "Altun Saray" restoranında keçiriləcək. Bunu assosiasiyanın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu deyib. Onun sözlərinə görə, tədbirə çağırılacaq qonaqları İsgəndər bəyin özü seçib, AFFA tərəfindən də təsdiqlənib. Qurumun prezidenti Rövnəq Abdullayev və baş katibi Elxan Məmmədovun isə tədbirdə iştirak edib-etməyəcəyi sabah dəqiqləşəcək.
 
Bizdə olan bilgiyə görə, yubileylə əlaqədar yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılırmış. Sadəcə, vaxt azlığından bunu reallaşdırmaq mümkün olmayıb. 
 
Qeyd edək ki, yubiley mərasimi sabah saat 19:00-da başlayacaq.
 
futbol11.az
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right