"Kəpəz"in futbolçusunun zədəsi ciddidi: 3 həftə oynamayacaq

“Qarabağ”la Gəncədə keçirilən çempionat oyununda zədələnərək əvəzlənən Şəhriyar Əliyevin durumuna aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, “Kəpəz”in müdafiəçisi MRT müayinəsindən keçib və aldığı xəsarətin ciddi olduğu müəyyənləşib.

Klubun tibb personalının diaqnozuna əsasən müdafiəçi 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Əliyevin diz oynağının kollarateral bağı zədələnib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right