Samir Abasov cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, İK Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyunda və 6-cı turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.

Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Qəbələ” – “Sumqayıt” matçında meydançaya azarkeş daxil olub və nəticədə 1 dəqiqəlik fasilə yaranıb. “Qəbələ” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub.

Oyunun 85-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının VI turunun AZAL – “İnter” matçında Peşəkar Futbol Liqasının himninin səslənməməsi və stadionun tablosunun işlək vəziyyətdə olmamasına görə AZAL klubuna xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubla bağlı daha ciddi tədbir görüləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right