Bu gün Premyer Liqada VI turun oyunlarına yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, son oyun günündə bir görüş keçiriləcək.
"Neftçi" öz meydanında "Sumqayıt"ı qəbul edəcək.
Mövsümə uğursuz başlayan hər iki komanda son pillələrdən qurtulmaq üçün qələbə qazanmalıdır.
Azərbaycan Premyer Liqası
VI tur
27 sentyabr (çərşənbə axşamı)
19:00 “Neftçi” - “Sumqayıt” 1:2
Qollar: Cavid İmamverdiyev, 6 (1:0), Yusif Nəbiyev, 19 (1:1), Teymur Əsədov, 71 (1:2)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
“Əlincə Arena”