“Neftçi” Cahangirovu sifariş verdi

Son zamanların uğursuz komandası olan "Neftçi”nin gənclərdən ibarət milli komandamızın üzvü Tərzin Cahangirovu transfer etməsi ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi 24 yaşlı futbolçuilə gücləndiyini rəsmən bəyan edib. 
 
Belə ki, "ağ-qaralar” mövsümün sonuna qədər müqavilə imzaladığı futbolçunun adını PFL-dən qeydiyyatdan keçirib. Daha öncə bildirdiyimiz kimi, Cahangirov yeni komandasında 23 nömrəli forma altında çıxış edəcək. 
 
Maraq üçün bildirək ki, "Qəbələ”nin yetirməsi olan Tərzinin son klubu "Zirə”  olub. O, daha öncə "Sumqayıt”da icarə əsasında çıxış edib. 
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right