Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin UEFA Avropa Liqasının qrup mərhələsində təyinat aldığı oyunun adı müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Ağayev qrup mərhələsinin II turu çərçivəsində baş tutacaq "Roma” – "Astra” matçını idarə edəcək.
Qeyd edək ki, bu komandalar E qrupunda yer alıb. Sözügedən oyun sentyabrın 29-da baş tutacaq.
futbol11.az