“Bizim müdafiə xəttimiz güclüdür” - Teo Uiks MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının 6-cı turunda "Qәbәlә" "Zirә"ni 2:0 hesabı ilә mәğlub edib.  

Newsport.az-ın məlumatına görə, matçdan sonra "qırmızı qaralar"ın hücumçusu Teo Uiks jurnalistlәrin suallarını cavablandırıb:

 - Artıq 5-ci qәlәbәnizi qazandınız...

 - Çempion olmaq üçün bütün oyunlarda qalib gəlmək lazımdır. Hazırda bu davam edir. Demək asandır, amma qələbə qazanmaq çətindir.

 - 6 oyundur ki, qol buraxmırsız. Bu seriyanızın sirri nədir?

 - İstəyirik ki, uduzmayaq. Komanda şəklində oynayırıq. Bizim müdafiə xəttimiz güclüdür.

 - “Qarabağ”la oyunda qələbə seriyasını davam etdirmək mümkün olacaq?

 - “Qarabağ” çox güclüdür. Biz qyaxşı müdafiə olunsaq, belə onlar bizə qol vura bilər. Onlar da bizi kimi Avropa Liqasının qrup mərhələsində çıxış edən komandadır. Oyunlarını diqqətlə izləmişəm və çox yaxşı kollektivdirlər.

 - Avropa Liqasında “Maynz”a qarşı oyunu da buraxacaqsınız. Bu, sizə necə təsir edir?

 - Özümü çox üzgün hiss edirəm. Komandam oynayır və mən bunu kənardan izləyirəm. İstəyirəm ki, komandama meydanda kömək olum. Qələbə sevincini onlarla birgə yaşamaq istəyirəm. Məğlub olduqda da həmçinin





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right