Azərbaycan Premyer Liqasının 6-cı turunda "Qәbәlә" "Zirә"ni 2:0 hesabı ilә mәğlub edib.
Newsport.az-ın məlumatına görə, әyalәt klubunun hücumçusu Baqali Dabo oyundan sonra jurnalistlәrin suallarını cavablandırıb:
- Oyun haqda təəssüratlarınızı bölüşərdiniz...
- Yaxşı oyun keçdi. İlk dəqiqələrdən “Zirə”nin qapalı oynaması bizə çətinlik yaradırdı. Lakin qol vurduqdan sonra işimiz asan oldu.
- 6 oyun keçirmisiz. Ən çətin qarşılaşma hansı oldu?
- "İnter"ə qarşı daha çətin olmuşdu. Onlar daha yaxşı futbolçulardan təşkil olunub və qapalı oynayırlar.
- "Sumqayıt"la oyunda ilk qol barədə ofsayd olduğunu bildirirlər. Epizoda çox yaxın idiniz. Bu haqda nə söyləyə bilərsiz?
- Bu haqda nəsə deməyim bir az çətindir. 2 oyunçunun mübarizəsindən mən geri çəkildim. Bəlkə də bir az ofsayd var idi. Lakin mən mübarizəni davam etdirdim və fərqləndim.
- 6 oyundur ki, qol görmürsüz. Bu barədə fikirləriniz necədir?
- Düşünürəm ki, bizim üçün yaxşı haldır. Həm hücumda, həm də müdafiədə yaxşı çıxış edirik.
- Avropa Liqasında “Maynz”la oyun barədə nə düşünürsüz?
- Biz bu oyunu evdə oynayacağıq. İlk oyunda uduzmuşduq. Buna görə də, bizə mütləq qələbə lazımdır. Bu oyunun əhəmiyyəti çoxdur.