Premyer Liqanın VI turu çərçivəsində keçirilən "Kəpəz" - "Qarabağ" matçı rekordla yadda qalıb.
Newsport.az-ın Gəncəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu qarşılaşmanı 14 min 238 azarkeş stadiondan canlı izləyib. Bu da mövsümün rekordudur. Belə ki, indiyə qədər baş tutan oyunların heç birində bu qədər azarkeş stadiona gəlməmişdi.
Xatırladaq ki, qarşılaşma 1:1 hesabıyla başa çatıb.