"Qarabağ"dan geri qalmırıq" - "Kəpəz"in kapitanı MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının VI turunun oyununda “Kəpəz” doğma meydanda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdi.

Newsport.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyundan sonra "Kəpəz"in kapitanı Tural Axundov  jurnalistlərin suallarını cavablandırıb:

- Bir xal "Kəpəz"i razı salır?

- Əlbəttə, qalib gəlsəydik, lap yaxşı olardı. Amma 1 xal da pis deyil. Uşaqlar əllərindən gələni etdilər. 
- Qalib gəlmək üçün sizə nə çatmadı?
- Qazonun durumu ağırlaşmışdı. Dünən yağış yağdığından oynamaq çox çətin idi. Bəlkə də bunun yorğunluğu qələbə qazanmağa imkan vermədi. 
- Rəqibə pressinq tətbiq etmirdiniz. Bu, baş məşqçinin tapşırığı idi, yoxsa rəqibdən qorxurdunuz?
- Yox. Çəkinməkdən söhbət getmirdi. Baş məşqçi bizə əks-hücumda oynamağı tapşırmışdı. "Qarabağ"dan geri qalmırıq. Bəzi qol vəziyyətlərindən istifadə edə bilmədik. 3 epizodu qaçırdıq. 
- Dörd dəfə "Qarabağ"ın, bir dəfə isə "Kəpəz"in zərbəsi dirəkdən döndü. Bu mənada bəxtinizin gətirdiyini söyləmək olar?
- Bu, futboldur. Burda hər şey ola bilər. Nə demək olar ki?
- "Kəpəz"in maksimumu bu idi?
- Yox, bu hələ əsl gücümüz deyil. Yenə deyirəm, stadionun qazonunun ağırlaşması bizə problem yaratdı. Önümüzdəki oyunlara baxacağıq.
- Jülien Ebah ötən mövsümkü futbolçu deyil. Sanki komandada vuran ayaq çatışmır. Yayda komandaya bir hücumçu cəlb olunsaydı, daha yaxşı olmazdı?
- Ebah özü də narahatdı. Deyir ki, nə qədər çalışsam da qol vura bilmirəm. İnşallah, gələcəkdə ayağı açılar, qolları sıralayar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right