Şahin Diniyev: "Bundan həzz alıram"

Azərbaycan Premyer Liqasının VI turunun oyununda “Kəpəz” doğma meydanda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdi.

Newsport.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyundan sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev  jurnalistlərin suallarını cavablandırıb:

- Özünüz gördüz. Kənardan daha yaxşı görünür. Qalib də gələ bilərdik, məğlub da ola bilərdik. “Qarabağ” da oynamağımıza imkan verdi. Bizim istəyimiz rəqibin mərkəzini zərərsizləşdirmək idi. Bunu hardasa bacardıq. Ancaq Şəhriyar Əliyevin zədələnib çıxması işimizi çətinə saldı. “Qarabağ” top klubdur. Onlarla hücum futbolu oynamaq dəlisovluqdur. Biz isə nəticə qazanmaq üçün hücum futbolu oynadıq. “Qarabağ”a “Fiorentina” qarşısında uğurlar arzulayırıq.

- Komandanın gücünün çatmadığını dediz.Bu amil "Qarabağ" gücündən irəli gəli? 
- Əsas çatışmazlıq fiziki durumla bağlı oldu. Bu gün rəqib başqa komanda olsaydı, fiziki cəhətdən çatdırardıq. Ancaq "Qarabağ" Avropada oynayan komandadı. Buna görə, çətinlik çəkdik.

- Qurban Qurbanov ot örtüyündən şikayətləndi. Düşünmürsüz ki, komandanın məğlub olmamasında bu amilin də təsiri oldu? 
- Biz də texnikalı futbol oynayırıq. Meydança hər iki komanda üçün eyni idi. Düşünmürəm ki, meydançanın vəziyyəti bərbad idi. Sadəcə, yağışdan sonra bir qədər vəziyyət pisləşib. Hər halda, süni örtükdən yaxşıdı.

- Meydançanın, ümumiyyətlə, bazanın vəziyyəti yaxşı deyil. Bu barədə nə deyə bilərsiz? 
- Mən artıq həzz alıram (gülür)

- Şəhriyar Əliyevin vəziyyəti necədi? 
- Onun vəziyyətinə sabah aydınlıq gələcək. Hələ heç nə bəlli deyil.

Hacı Mərdan





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right