Qurban Qurbanov: "Bir xal qazanmışıqsa, deməli, qazanmışıq"

Azərbaycan Premyer Liqasının VI turunun oyununda “Qarabağ” səfərdə “Kəpəz”lə 1:1 hesablı heç-heçə etdi.

Newsport.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı mübarizəli oyun oldu. Baxmayaraq ki, baxımlı futbol oynamağa imkan olmadı. Çünki stadionun durumu istədiyimiz futbolu sərgiləməyə mane olurdu. Futbolçularımdan razı qaldım. Gəncə səfəri həmişə ən ağır səfərlərindən biri olur. Bu gün belə azarkeş qarşısında oynadıq. Məğlub da ola bilərdik. Baxmayaraq ki, qalib də gələ bilərdik.Xalımızın üstünə xal gəlirsə, mən bunu qazanc hesab edirəm. Çətin səfər idi. Bu xal bizim üçün mövsümün sonunda çox uğurlu ola bilər.

- Bu oyunda demək olar ki, “Qarabağ” iki xal itirdi və ya bir xal qazandı?
- Bir xal qazanmışıqsa, deməli, qazanmışıq. Hər xalı qazanılmış hesab edirəm.

- Meydançanın vəziyyəti ürək açan deyildi, bu durumda zədə qaçılmaz olur.Nə əcəb əsas heyətin futbolçularına istirahət vermədiz? 
- Keçən turda bir neçə futbolçuya istirahət vermişdim. Meydançanın durumuna baxmayaraq, onlara şans vermək qərarına gəldim. Əvvəlki oyunda istirahət verdiklərimi bu oyunda meydana buraxdım. Şükür, zədəsiz qurtardıq.

- Arif Daşdəmirovun oyunundan razı qaldız? 
- Bəli, razı qaldım. Bu meydançada səhvlər qaçılmaz idi. Təkcə Arifdə yox, digər futbolçularda da səhvlər oldu. Futbolçularımız heç nədən rəqibə cərimə qazandırırdı. Yalnız buna görə narazı qaldım. Rəqib də yaxşı komandadı. Onlar fiziki cəhətdən hazırlıqlı idilər.

- “Fiorentina” səfərindən nə gözləyirsiz?Səfərdən xalla dönə biləcəsizmi? 
- Çalışacağıq, yaxşı oyun göstərək. Konkret bir şey deyə bilmərəm.

- Dino Ndlovunun oyunundan razısız? 
- Çox çalışır. Bu oyunda ondan razı qaldım. Qol da vura bilərdi. Ancaq alınmadı. Ümumi götürəndə, ondan razı qaldım.

- Qarşıda “Qəbələ” və “Fiorentina” ilə oyununuz var. Futbolçulara istirahət verəcəksiz? 

- Lazım olsa, hansısa futbolçuya istirahət verəcəyik. Amma ümumi götürdükdə, bizim xüsusi qrafikimiz var. Onun əsasında hazırlaşacağıq.

Hacı Mərdan





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right