"Qarabağ" Gəncədə xal itirdi, “Qəbələ” Zirədən qələbə ilə dönür YENİLƏNİB

Azərbaycan Premyer Liqasında VI turun oyunları davam edir. 

Newsport.az-ın məlumatına görə, bu gün turun daha 2 oyunu keçiriləcək. 

Gəncədə "Kəpəz" "Qarabağ"ı qəbul edəcək. İlk 5 turda yalnız 1 qələbə qazanan gəncəlilər ikinci üç xalını çempionla görüşdə əldə etmək istəyir. "Qarabağ" isə zirvədən aralı düşməmək üçün qalib gəlməyə çalışacaq.

Günün ikinci oyunu Zirədə keçiriləcək. Ev sahibi komanda "Qəbələ"ni sınağa çəkəcək. Roman Qriqorçukun komandası qələbə qazanacağı halda, yenidən çempionatın vahid lideri olacaq 


Azərbaycan Premyer Liqası

VI tur

25 sentyabr (bazar)

15:30 “Kəpəz” - “Qarabağ” 1-1

Qollar: Dario Federiko, 54, Reynaldo, 76
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu

18:00 “Zirə”  - “Qəbələ” 0-2

Qol: Teo Uiks, 19, 76
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şaiq Həmidov 
Zirə İdman Kompleksinin stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right