"Neftçi"dən növbəti transfer

Mövsümə uğursuz başlayan "Neftçi" heyətini daha bir futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, bakılılar Tərzin Cahangirovla anlaşıb.
Tərəflər arasında mövsümün sonuna kimi sözləşmə imzalanıb. Cahangirov "Neftçi"yə azad agent kimi keçib.

Artıq onun "ağ-qaralar"da geyinəcəyi forma nömrəsi də bəlli olub. Yarımmüdafiəçi yeni klubunda 23 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, onun sonuncu klubu "Zirə" olub. "Qəbələ"nin yetirməsi olan yarımmüdafiəçi icarə əsasında "Sumqayıt"da da çıxış edib.
 
Futbol11.az




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right