"İnter" AZAL-ı məğlub etdi YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.
 
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma baş tutacaq.
 
Mövsümə uğursuz başlayan AZAL doğma meydanda "İnter"i qəbul edəcək. Bu qarşılaşmanın meydan sahibləri üçün böyük əhəmiyyət kəsb etdiyini əminliklə söyləmək olar. Çünki aktivində 1 xal olan "təyyarəçilər" qələbə qazanmaqla qara zolağdan çıxmaq niyyətindədi. Cari mövsümdə məğlubiyyətin nə olduğunu bilməyən "bankirlər" isə səfər oyunundan maksimum nəticə ilə ayrılmağa çalışacaq. 13 xalla tunir cədvəlinin lideri olan "Qəbələ"dən 2 xal geri qalan Zaur Svanadzenin komandası qələbə qazansa, bir oyun çox keçirməklə rəqibini qabaqlayacaq.
 
Onu da qeyd edək ki, "Qəbələ"yə məğlubiyyətdən sonra komandanın mövcud durumundan şikayətlənən Tərlan Əhmədov "İnter"lə matçın onun üçün sonuncu ola biləcəyini bildirmişdi. Bu matça qədər o, AZAL rəhbərliyi ilə danışaraq, mövcud problemlərin aradan qaldırılacağına əmin olmalı idi.
 
Azərbaycan Premyer Liqası
VI tur
24 sentyabr (şənbə)
 

16:00 AZAL - “İnter” - 1:3
Qollar: 
Nizami Hacıyev, 45+1 (0:1),Nuqzar Kvirtiya, 54 (1:1), Rauf Əliyev, 63 (1:2), Ağabala Ramazanov, 64 (1-3)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
“AZAL Arena”




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right