"Kəpəz" evinə gedir

Premyer Liqasının VI turunun oyunları çərçivəsində Gəncədə “Qarabağ”ı qəbul edəcək “Kəpəz” qarşıdakı matçla bağlı hazırlığın Bakı mərhələsini yekunlaşdırıb.

Newsport.az-ın məlumatına görə, bu gün paytaxtda son məşqini keçirən “sarı-göylər” sabah Gəncəyə gedəcək.

Komanda Ağdam klubu ilə görüş öncəsi sonuncu məşqə oyunun keçiriləcəyi şəhər stadionunda çıxacaq. Hazırlıq prosesi saat 17:00-a təyin olunub. Məşq azarkeşlər və mətbuat üçün açıq olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right