DÇ- 2018-in seçmə mərhələsində keçiriləcək Ukrayna - Kosova oyununun yeri müəyyənləşib.
Newsport.az-ın Ukrayna Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı məlumata görə, qarşılaşma neytral stadionda - Polşanın Krakov şəhərində keçiriləcək.
Buna səbəb Ukraynanın eyni qrupda mübarizə apardığı Kosovanın müstəqilliyini tanımamasıdır.
Ukrayna Futbol Federasiyası FİFA-ya matçın neytral meydançada keçirilməsi ilə bağlı müraciət edib və ali futbol qurumundan müsbət cavab alıb.
Oyun Henrik Reyman adına şəhər stadionu və ya "Krakoviya Stadionu"nda baş tuta bilər.
Qeyd edək ki, görüş oktyabrın 9-da keçiriləcək.