Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış "Qəbələ" - "Sumqayıt" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar"ın ilk qolu qonaqların kəskin narazılığına səbəb olub.
Belə ki, Baqali Dabonun ofsaydan fəqləndiyi iddia edilir. Bunlardan biri də "kimyaçılar"ın meneceri Ceyhun Sultanovdu. O, açıqlamasında məsələyə belə münasibət bildirib:
"Hakimlik barədə heç vaxt danışmaq istəməmişəm. Amma indi danışmağa məcburam. Bizim kimi komanda üçün qapımıza vurulan 1 qol böyük şeydi. Çünki əvəzini çıxmağa çətinlik çəkirik. Nəzərə alaq ki, "Qəbələ" kimi komandaya qarşı oyanyırıq. Mübariz Haşımov qol epizodunda 3 metr ofsayd olduğunu görüb, fərqli qərar qəbul edirsə, artıq deməyə söz tapmıram. Hakimsənsə, hər şeyi görməlisən. Mən də çox şey görə bilərəm. Futbolçuma necə deyim ki, sən burada səhv eləmisən? Səhv hakimindi və cəzasını da almalıdı. Hakimin 5 oyunluq cəzalanması nəyi dəyişir ki? Reallıq budur ki, biz xal itirdik. Yenə deyirəm, "Qəbələ" çox güclü komandadı. Qələbəyə görə də rəqibi təbrik edirəm. Mənim problemim yan xətt hakimilədi. O, epizodu görməliydi. Bu da Munis Abdullayevin epizodu deyildi ki, "mən belə xırda anları tuta bilmirəm" desin. Düzdü, həmin vaxt Münisin epizodu çətin idi. Amma bunu mən tribunadan görürəmsə, hakim meydanın içində ola-ola görməliydi. Bunun qərəz olub-olmadığını deyə bilmərəm. Amma xahiş edirəm ki, bizim oyunlarda diqqətli olsunlar. Biz həssas komandayıq".
futbol11.az