"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Mahir Şükürovun bu komandada məşqlərə başlamasına münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"O, çoxdan idi oynamırdı, məşq etmirdi. İndi gündə iki dəfə məşq edir. İdeal formadan hələ çox uzaqdır. O, "Neftçi"nin futbolçusu deyil. Bizə müraciət edib, məşq etmək istədiyini bildirdi. Bizdə oynaması barədə söhbətimiz olmadı. Amma forma yığsa, komandamıza cəlb olunması variantı var".
azerisport.az