"Qarabağ"ın zədəliləri məşqə başladı

Azərbaycan Premyer Liqasının 5-ci turunda “Zirə” ilə qarşılaşmada zədələnərək matçı yarımçıq tərk edən "Qarabağ"ın iki futbolçusu Muarem Muarem və  Əfran İsmayılovun vəziyyətinə aydınlıq gəlib.

Newsport.az klub saytına istinadla xəbər verir ki, hər iki futbolçunun zədəsi ciddi deyil və dünəndən etibarən komandayla məşq edirlər.

Digər zədəli futbolçu Bədavi Hüseynov da fərdi məşqləri yekunlaşdıraraq kollektivlə çalışmalara başlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right