Roman Qriqorçuk Dodonun "Qəbələ"yə qayıtması barədə danışdı

“Qəbələ”nin sabiq futbolçusu Dodo açıqlamasında AEL-də sıxıldığını və yenidən “qırmızı-qaralar”da oynamağı arzuladığını söyləyib:

“Mən heç zaman “Qəbələ”də oynadığım illəri unutmadım. Bəzən çox darıxıram. Mükəmməl günlərim keçib. Ümid edirəm ki, oralara qayıdacam. “Qəbələ”nin də uğurlu günləri davam edir və mən buna sevinirəm. Onlar ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə düşməklə hamıya sevinc bəxş etdilər. Yenidən bu komandaya dönmək istəyirəm. Əgər bir də bu komandada oynamaq şansım olsa, heç vaxt “Qəbələ”ni tərk etmərəm”

Newsport.az bununla bağlı “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun fikirlərini öyrənib: “Dodo sevdiyim futbolçudur. Ancaq o hazırda Yunanıstan klubunun futbolçusudur. Onu yenidən heyətimizə qata bilmərik. Çünki artıq “transfer pəncərəsi” bağlanıb. Qışda ehtiyac olsa, onun transferi haqqında düşünə bilərik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right