Bu gün Azərbaycan Premyer Liqasında bir oyun baş tutacaq.
Newsport.az-ın məlumatına görə, II turdan təxirə salınmış oyunda "Qəbələ" "Sumqayıt"ı qəbul edəcək.
Cari mövsümdə keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edən "qırmızı-qaralar" rəqibini məğlub edəcəyi halda, turnir cədvəlinin ilk pilləsinə yüksələcək. "Sumqayıt" isə autsayder olsa da, rəqibinə başağrısı yarada biləcək gücdədi. 4 oyunda eyni saytda xal qazanan Samir Abasovun yetirmələri səfərdən 1 xalla qayıtsa, bu, onlar üçün əsl qənimət olacaq.
22 sentyabr
17:00. "Qəbələ" – "Sumqayıt" 2-0
Qol: Dabo, 85, 90
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu