“Hazırda Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündə aparılan təmiş işləri davam etdirilir. Bununla bağlı mütamadi olaraq, UEFA-ya məlumat veririk”.
Newsport.az-ın məlumatına görə, bu haqda “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, klub meydançanın vəziyyətinin ən qısa zamanda normal vəziyyətə gətirilməsi üçün əlindən gələni edir:
“Biz çalışırıq ki, Avropa Liqasınn qrup mərhələsində növbəti ev oyunumuzu – PAOK-la oktyabrın 20-nə nəzərdə tutulan matçı məhz Tofiq Bəhramov adına Respublika stadionunda keçirək”.
Bununla belə, klub rəsmisi deyib ki, bununla bağlı yekun qərarı UEFA verəcək.
“Oktyabrın əvvəllərində UEFA-dan Bakıya nümayəndələr gələrək Respublika stadionunun ot ortüyünün durumunu yenidən yoxlayacaqlar və bunda sonra müvafiq qərar veriləcək” – deyə klub rəsmisi bildirib.
Xatırladaq ki, T.Bəhramov adına Respublika stadionunun ot ortüyü bərbad vəziyyətə düşdüyü üçün “Qarabağ” Avroliqanın qrup mərhələsində ilk ev oyununu – “Slovan”la matçı Mərdəkandakı “Dalğa Arena” stadionunda keçirmək məcburiyyətində qalmışdı.
Qol.az