AFFA AZAL-ı cərimələdi, Adil Şükürova xəbərdarlıq etdi

AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, qurum Premyer Liqanın və I Dvizionun son turunda baş vermiş neqativ hallara hüquqi qiymət verib.

Azərbaycan Premyer Liqasının V turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Azərbaycan Premyer Liqasının V turunun “Qarabağ” – “Zirə” matçında “Zirə” klubunun baş məşqçisi Adil Şükürov oyun sonrası mətbuat konfransına gecikdiyinə görə xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə daha ağır cərimə olunacaqdır (maddə 82.1).

Azərbaycan I divizionunun II turunun “Səbail” – MOİK matçında MOİK klubunun 88 №-li futbolçusu Müşfiq Teymurov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I divizionunun II turunun “Ağsu” – “Mil-Muğan” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right