49 yaşlı futbolçu Azərbaycan futbolunun tarixinə düşdü

Birinci divizionda mübarizə aparan “Şahdağ”ın futbolçusu Kamran Nurəhmədov diqqət mərkəzindədir.

Newsport.az-ın məlumatına görə, o, Azərbaycan futbol tarixinə ən qocaman oyunçu kimi düşüb. 1967-ci ildə anadan olan Nurəhmədovun 49 yaşı var. O, ötən tur “Şəmkir”lə oyunun 80-ci dəqiqəsində meydana çıxıb.

Komandasına qazandırdığı cərimə zərbəsindən vurulan qolla da “Şahdağ” 3 xal qazanıb.

Sözügedən oyunda həmçinin onun oğulları Kamil və Habil də iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right