Bakı derbisi “fərqləndi”

Azərbaycan Premyer Liqasının 5-ci turu üçün azarkeş sayı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, turun rekordu Sumqayıtda qeydə alınıb. Burda yerli "Sumqayıt"la "Kəpəz"in oyununu (1:1) 1320 tamaşaçı tribunalardan izləyib.

Ən az azarkeş isə Bakı derbisində qeydə alınıb. "İnter Arena"da "İnter"in "Neftçi"ni 2:1 hesabıyla məğlub etdiyi matçı cəmi 500 azarkeş izləyib.

Digər oyunlardan "Əlincə Arena"dakı "Qarabağ" - "Zirə" qarşılaşmasında (2:0) 1100, doğma şəhərə qayıtmış "Qəbələ"nin AZAL-la oyununda (3:0) isə 1000 tamaşaçı qeydə alınıb.

Ümumilikdə turun 4 oyununu 3920 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 980 tamaşaçı deməkdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right