Adil Şükürovdan jurnalistlərə hörmətsizlik

"Komandamız mübarizə apardı. Çalışdıq ki, 3 xal qazanaq. Amma bəzi futbolçularımız diqqətsizlik etdilər".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov deyib. 

Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində bu gün "Qarabağ"la keçirilən matçdan "Zirə" 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı nəticəni belə şərh edib: "Komandamız pis oynamadı. Bu görüşü unudub, gələn matça hazırlaşmalıyıq".

"Zirə"nin baş məşqçisi reqlamenti pozaraq, mətbuat konfransına gec gəldi. Jurnalistlərə hörmətsizlik edən çalışdırıcıya media mənsubları heç bir sual ünvanlamadı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right